Uzun tıxaclar yaşanan körpüdən SON GÖRÜNTÜLƏR

Uzun tıxaclar yaşanan körpüdən SON GÖRÜNTÜLƏR
15:12

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə yaranan uzun tıxaclar sürücülərin narazılığına səbəb olur.

News365.az bildirir ki, artıq yalnız günün pik saatlarında deyil, istənilən vaxt sözügedən körpüdə tıxacın yarandığını müşahidə etmək olur.

Körpüdə aparılan təmir işləri, təmir zamanı yolda olan texnika və iş maşınları da bu vəziyyətin əsas səbəblərindəndir.

Sürücülər deyirlər ki, yolda olan texnikalar, xüsusilə dar hissələrdə hərəkəti daha da çətinləşdirir və tıxacın uzanmasına səbəb olur. İnsanlar uzun müddət avtomobildə qalmaqla həm vaxt itirir, həm də əlavə stress yaşayırlar.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilmişdi ki, hazırda körpüyə yanaşma yollarında genişləndirmə işləri görülür.

Qurumdan mövcud 2 hərəkət zolağının 4 hərəkət zolağına genişləndirilməsi üzrə işlərin aparıldığı nəzərə çatdırılıb.

Onu da qeyd edək ki, qəzalı vəziyyətdə olan əvvəlki körpünün əvəzinə yeni körpünün cari ilin mart ayında istifadəyə verilib.

Szügedən körpüdə aparılan təmir işləri ilə bağlı son görüntüləri təqdim edirik:


Sizin reklam burada
Sizin reklam burada