Çempionlar Liqasının əsas mərhələsinin 3-cü tur oyunlarının BAŞLANMA SAATLARI - SİYAHI

Çempionlar Liqasının əsas mərhələsinin 3-cü tur oyunlarının BAŞLANMA SAATLARI - SİYAHI
16:04

Yenidən futbol həyəcanı başlayır. Avropanın ən mötəbər yarışının- Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu oktyabrın 21-də və 22-də keçiriləcək.

Güclü azarkeş marağını nəzərə alaraq bütün oyunların başlanma saatını təqdim edirik:

Çərşənbə axşamı, 21 oktyabr

 

20:45 "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan)

 

20:45 Kayrat (Qazaxıstan) - Pafos (Kipr)

 

23:00 "Arsenal" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya)

 

23:00 Bayer (Almaniya) - PSJ (Fransa)

 

23:00 Villarreal (İspaniya) - Mançester Siti (İngiltərə)

 

23:00 Kopenhagen (Danimarka) - Borussia Dortmund (Almaniya)

 

23:00 Nyukasl (İngiltərə) - Benfika (Portuqaliya)

 

23:00 PSV (Hollandiya) - Napoli (İtaliya)

 

23:00 Union Saint-Gilloise (Belçika) - İnter Milan (İtaliya)

 

Çərşənbə, 22 oktyabr

 

20:45 "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

 

20:45 "Qalatasaray" (Türkiyə) - "Bodo-Glimt" (Norveç)

 

23:00 Ayntraxt Frankfurt (Almaniya) - Liverpul (İngiltərə)

 

23:00 Atalanta (İtaliya) - Slavia Praqa (Çexiya)

 

23:00 Bayern Munich (Almaniya) - Club Brugge (Belçika)

 

23:00 "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

 

23:00 Real Madrid (İspaniya) - Yuventus (İtaliya)

 

23:00 Sporting (Portuqaliya) - Marsel (Fransa)

 

23:00 "Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya)

 

Çempionlar Liqası Format

Çempionlar Liqasının əsas mərhələsində 36 klub mübarizə aparır. Hər komanda müxtəlif rəqiblərlə səkkiz oyun keçirəcək – dördü evdə, dördü isə səfərdə.

Yekun cədvəl bu səkkiz turun nəticələrinə əsasən müəyyən edilir. Ən yaxşı səkkiz yeri tutan komandalar 1/8 finala yüksəlir. 9-24-cü yerləri tutan klublar 1/8 finala çıxmaq üçün iki pley-off oyununda oynayacaqlar. Qalan komandalar Avropa yarışlarını başa vuracaqlar.

Çempionlar Liqasının pley-off mərhələsi bundan sonra əvvəlki formatda keçiriləcək.

Turnirin finalı bir oyundan ibarət olacaq və 30 may 2026-cı ildə Macarıstanın paytaxtı Budapeştdəki Puskas Arenada keçiriləcək.

Xatırladaq ki, PSJ ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Finalda Fransa klubu "İnter"i 5:0 hesabı ilə darmadağın edərək, ilk dəfə Avropanın ən mötəbər yarışının qalibi olub.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada