ABŞ-da dizel yanacağının orta qiyməti iki ayda ilk dəfə olaraq qallon üçün 6 dollardan aşağı düşüb.
Məlumatı yanacaq qiymətlərini izləyən GasBuddy xidmətinin neft bazarının təhlili rəhbəri Patrik De Haan açıqlayıb. Ekspertin veb saytındakı məlumatlara görə, 14 noyabrda bir qallon dizel yanacağının qiyməti 5,99 dollara düşüb.
Amerika Avtomobil Assosiasiyası isə qiymətlərin hələ də 6 dollarda yuxarı olduğu qənaətindədir. Quruma görə, ABŞ-da bir qallon dizel yanacağının qiyməti hələ də 6 dollardan yuxarı olaraq, bir qallon üçün 6,04 dollar təşkil edir.
Sentyabrın 10-da GasBuddy, ABŞ-da bir qallon dizel yanacağının orta qiymətinin tarixdə ilk dəfə 6 dollara çatdığını elan etmişdi.