Sabah Kiyevdə matəm olacaq

Sabah Kiyevdə matəm olacaq
11:14

Kiyev meri Vitali Kliçko paytaxtda 7 iyul tarixinin matəm günü elan edildiyini açıqlayıb.

Mer 5 iyuldan 6 iyula keçən gecə paytaxta edilən hücumu "düşmənin paytaxta etdiyi ən kütləvi hücum" kimi qiymətləndirib.

Matəm günü ilə əlaqədar şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunub.

Hazırda Kiyevin Podolski və Dərnitski rayonlarında zərər görmüş binalarda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir. Son məlumata görə, hücum nəticəsində 11 nəfər həyatını itirib.


Sizin reklam burada
Sizin reklam burada