Kiyevə hücumda ölənlərin sayı 6-ya çatdı

Kiyevə hücumda ölənlərin sayı 6-ya çatdı
10:00

Kiyevdə Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində 33 nəfər xəsarət alıb.

Xilasedicilər dağıntılar altından daha iki nəfəri çıxarıblar. Hazırda Kiyevin Svyatoşinski, Solomenski və Darnitski rayonlarında gecə hücumunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xilasetmə və dağıntıların təmizlənməsi əməliyyatlarının davam etdiyi qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada