Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Prezident İlham Əliyevə etimadnaməsini təqdim edib. Səfir bundan sonra iki ölkə arasında strateji tərəfdaşlığın, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə töhfə vermək niyyətində olduğunu bildirib.
News365.az xəbər verir ki, Dankan Norman bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün etimadnaməmi Prezident İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu. Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığı, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə səfir qeyd edib.
Qeyd edək ki, Dankan Norman avqustun 18-də Prezident İlham Əliyev tərəfindən qəbul edilib və etimadnaməsini dövlət başçısına təqdim edib. Görüş zamanı Azərbaycan-Böyük Britaniya münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən strateji tərəfdaşlıq, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.