“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur"

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur"
13:30

Braziliya futbolunun əfsanəsi Roberto Karlos son günlər sosial mediada yayılan "İslamı qəbul edib" iddialarını təkzib edib.

News365.az xəbər verir ki, "Real Madrid" və Braziliya millisinin keçmiş futbolçusu İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos açıqlamasında həyat yoldaşının müsəlman olduğunu və onun ibadətinə hörmətlə yanaşdığını deyib:

"Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil" .


Sizin reklam burada
Sizin reklam burada