Çin Rusiyanı üstələdi: Azərbaycanın xarici ticarətində TARİXİ DƏYİŞİKLİK

Çin Rusiyanı üstələdi: Azərbaycanın xarici ticarətində TARİXİ DƏYİŞİKLİK
12:30

Çin ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə sürətlə inkişaf edərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin ilk yeddi ayında Çin Azərbaycanın xarici ticarət dövriyyəsinin 8,93%-ni təşkil edib. Bununla da Pekin siyahıda Rusiyanı üstələyərək İtaliya, Böyük Britaniya və Türkiyədən sonra ölkənin üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.

Siyahıda dəyişiklik: Rusiya niyə mövqeyini itirdi?

İlin ilk yarısının nəticələrinə görə, Rusiya ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% azalaraq 1,728 milyard dollara düşüb. Bu geriləməyə əsas səbəb kimi "LUKOİL" şirkətinə qarşı tətbiq edilən sanksiyalar və nəticədə Rusiyadan neft idxalının kəskin azalması göstərilir. 2025-ci ildə Rusiyadan 1,52 milyon ton karbohidrogen idxal edildiyi halda, 2026-cı ilin ilk beş ayında bu göstərici cəmi 64,63 ton təşkil edib.

Pekinlə ticarətin artma səbəbləri: Şərq-Qərb dəhlizi və investisiyalar

Çinlə ticarətin davamlı artması bir neçə strateji amillə izah olunur:

  • Orta Dəhlizin rolu: Azərbaycan Çin üçün yalnız 10 milyonluq bazar deyil, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni birləşdirən mühüm nəqliyyat-logistika qovşağıdır.

  • Texnoloji və sənaye təchizatı: Çindən idxal edilən mallar arasında nəqliyyat vasitələri, elektronika və sənaye avadanlıqları üstünlük təşkil edir.

  • İnvestisiya tərəfdaşlığı: Çin şirkətləri bərpa olunan enerjidir, avtomobil quraşdırılması və İKT sahələrinə aktiv sərmayə yatırır. Xızı-Abşeron Külək Elektrik Stansiyasının tikintisində Çinin "PowerChina" şirkətinin baş podratçı kimi iştirakı buna bariz nümunədir.

Ekspertlərin fikrincə, Çin artıq sadəcə mal tədarükçüsü kimi deyil, Azərbaycan üçün strateji investisiya və texnologiya tərəfdaşı kimi çıxış edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada