Tanınmış bloqer motoqəzada öldü

Tanınmış bloqer motoqəzada öldü
15:00

Türkiyədə motosiklet qəzası daha bir gəncin həyatına son qoyub.

News365.az xəbər verir ki, hadisə avqustun 17-də İstanbulda baş verib. Motosikleti ilə hərəkətdə olan 22 yaşlı Ceyda Yakova ağır qəza keçirib. Gənc qız hadisə nəticəsində aldığı xəsarətlərdən xəstəxanada həyatını itirib. 

Universitet məzunu olan Ceyda Yakova keçmiş voleybolçu kimi də tanınırdı. O, motosiklet sürərkən çəkdiyi videoları sosial media hesablarında paylaşır və qısa müddətdə geniş izləyici kütləsi qazanmışdı.

Məlumata görə, Yakovanın motosiklet qəzası keçirdiyi ilk hadisə bu olmayıb. O, aprel ayında da motosiklet sürərkən qəza keçirib və hadisədən sağ çıxıb. Yakovanın cənazəsi avqustun 18-də dəfn olunub.


Sizin reklam burada
Sizin reklam burada