Fransada anomal istilərdə ölənlərin sayı açıqlandı

Fransada anomal istilərdə ölənlərin sayı açıqlandı
13:50

Fransada ilin əvvəlindən etibarən müşahidə olunan anomal yüksək temperaturun ağır nəticələri açıqlanıb.

News365.az xarici mediaya istinadən xəbər verir ki, İctimai Səhiyyə Agentliyinin məlumatına görə, ölkədə güclü istilər səbəbindən 7 300-dən çox insan həyatını itirib.

Məlumata görə, mayın 24-dən 28-dək davam edən ilk istilər zamanı Fransada ən azı 300 nəfər normadan artıq ölüm halı qeydə alınıb.

İyunun 17-dən 30-dək davam edən ikinci isti hava dalğası zamanı isə 5 764 əlavə ölüm baş verib.

İyulun 3-dən 22-dək davam edən istilər nəticəsində də 1 243 əlavə ölüm qeydə alınıb. Ölənlərin təxminən dörddə üçünün 75 yaş və yuxarı şəxslər olduğu bildirilib.

Beləliklə, ilin əvvəlindən Fransada anomal istilər səbəbindən 7 300-dən çox əlavə ölüm qeydə alınıb.

İctimai Səhiyyə Agentliyi isti hava dalğaları zamanı baş verən əlavə ölüm hallarının sayını xüsusi hesablama üsulu ilə müəyyənləşdirir.


Sizin reklam burada
Sizin reklam burada