Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb

Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
16:38

Tanınmış aparıcı Kamilə Babayevanın anasının ölümü ilə bağlı təfərrüat məlum olub.

News365.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, aparıcının anasının meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 77 yaşlı Babayeva Münəvvər Yəhya qızı yaşadığı evdə, bağlı qapı arxasında ölü halda aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Araşdırma aparılır.

Xatırladaq ki, hadisə avqustin 17-də baş verib.


Sizin reklam burada
Sizin reklam burada