Təhsil eksperti Etibar Əliyev şəxsi sosial şəbəkə hesabında ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun yaradıcılığı və insan ömrünün fəlsəfəsi ilə bağlı diqqətçəkən düşüncələrini bölüşüb.
News365.az xəbər v erir ki, Ekspert paylaşımlarının birində şairlərdən birinə "Mafusail ömrü" arzuladığını, lakin çoxlarının bu ifadənin mahiyyətini anlamadığını bildirib:
"Paylaşımlarımın birində bizim şairlərdən birinə Mafusail ömrü arzulamışdım. Çoxları nə dediyimi başa düşməmişdi. Günah Bernard Şoudadır! Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard Şounun 1922-ci ildə yazdığı 'Mafusailə doğru geri' pyesi onun bütün dram əsərlərindən həcmcə böyük və mürəkkəb olanıdır. Dramaturq bütün pyes boyu insanların daha ağıllı olmaları və gələcək nəsillərin səhvlərini təkrarlamamaları üçün onların ömrünün 'uzadılmasına' çalışır."
E.Əliyev qeyd edib ki, pyesin adı Müqəddəs Kitabın (Bibliya) ən yaşlı personajı olan və 300 il yaşadığı bildirilən Mafusailin adı ilə bağlıdır. Pyesdə insanların uzun ömür sürəcəkləri təqdirdə dünyanı daha yaxşı idarə edə biləcəkləri ideyası irəli sürülsə də, müəllifin yanaşmasında müəyyən ziddiyyətlər var:
"Pyes belə bir fikri təlqin edir ki, insanlar Mafusail qədər yaşasalar, Yer kürəsində həyatı düzgün məcraya yönəltmək mümkün olar. Bu, fantastik ideyadır. Pyesdə Şounun ideya mövqeyində ikilik var. Bir tərəfdən o, çoxömürlülüyü ideallaşdırır, digər tərəfdən isə həmin nəsilləri müqəvva kimi təsvir edir. Zamanı düşünən qocalara 'İnsanlar qalmayacaq, yalnız fikirlər qalacaq. Siz, qocalar, həmişə tənha gəzir, heç nəyə diqqət etmir, rəqs etmir, oxumur, həyatdan ləzzət almırsınız, bu mənasız həyatdır' ideyasını aid edir."
Təhsil eksperti böyük dramaturqun ömrünün son günləri barədə də xatırlatma edərək bildirib ki, Bernard Şou 94 yaşında bağında işləyərkən büdrəyib ayağını sındırıb və bu hadisədən bir neçə gün sonra dünyasını dəyişib.