Yaponiyada hökumətə qarşı etirazlar davam edir

Yaponiyada hökumətə qarşı etirazlar davam edir
14:20

Yaponiyada Baş nazir Sanae Takaichinin rəhbərlik etdiyi hökumətə qarşı etiraz aksiyası keçirilib.

News365.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tokioda Milli Məclis binasının qarşısına toplaşan nümayişçilər hökuməti tarixi təhrif etməkdə və hərbi genişlənmə siyasəti yürütməkdə ittiham ediblər.

Aksiyada təxminən 15 min nəfərin iştirak etdiyi bildirilib. Nümayişin məqsədinin müharibə məsələsinə dərindən yanaşmayan və Yaponiyanın təcavüzkar keçmişi ilə üzləşməkdən imtina edən siyasətçilərin dərhal istefasını tələb etmək olduğu qeyd edilib.

Əllərində “Hərbi genişlənməyə qarşı çıxın” yazılmış plakatlar tutan aksiya iştirakçıları “Sülhsevər Konstitusiyanı müdafiə edin” və “Takaichi, dərhal istefa ver” şüarları səsləndiriblər.


Sizin reklam burada
Sizin reklam burada