Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi: vali hərəkətə keçdi

Pezeşkian Azərbaycanla bağlı tapşırıq verdi: vali hərəkətə keçdi
13:57

İranın Ərdəbil valisi Məsud İmami Azərbaycan sərhədində gömrük rəsmiləri ilə görüşüb.

News365.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarətin inkişafı üçün gömrük əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan rəsmilərilə görüşdə tərəflər sərhəd-keçid məntəqələrində prosedurların sürətləndirilməsi, keçidlərin asanlaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Ərdəbil valisi bildirib ki, sərhəd əməkdaşlığının genişləndirilməsi və gömrük proseslərindəki maneələrin aradan qaldırılması İranla Azərbaycan arasında ticarət dövriyyəsinin yüksəlməsinə imkan yaradacaq.

Məsud İmami İran Prezidenti Məsud Pezeşkianın göstərişləri istiqamətində fəaliyyət göstərdiklərini qeyd edib.

"Ticarətin inkişafı, iqtisadi diplomatiya və Ərdəbil vilayətinin Azərbaycanla sərhəd imkanlarından ən səmərəli şəkildə istifadə etmək gündəmimizin əsas məsələlərindəndir", - deyə o bildirib.

Görüşdə İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu da iştirak edib.


Sizin reklam burada
Sizin reklam burada