İNSTİNK TEATRI ilk dəfə Nizami Kino Mərkəzində

İNSTİNK TEATRI  ilk dəfə Nizami Kino Mərkəzində
14:10

İNSTİNK TEATRI Qurban Səidin ölməz şah əsəri “Əli və Nino” ilə ilk dəfə Nizami Kino Mərkəzində tamaşaçı qarşısına çıxır.

1914-cü ilin Bakısı. Neftin zənginləşdirdiyi, müharibələrin və imperiyaların parçaladığı şəhərdə müsəlman azərbaycanlı Əli xan Şirvanşirlə gürcü xristian Nino Kipianinin sevgisi başlayır. Onların münasibəti Şərqlə Qərbin, adət-ənənə ilə azadlığın və sevgi ilə müharibənin toqquşmasına çevrilir.

Sevginin və müharibənin hekayəsi…

Baş prodüser: Rəvan Hüseynzadə

Rəssam və quruluşçu rejissor: Abdulla Elşadlı

Musiqi tərtibatı: Şəms Elşadlı

Biletləri İticket.az saytından və şəhərin bütün kassalarından əldə etmək olar.


Sizin reklam burada
Sizin reklam burada