Etibar Əliyevdən Nəriman Həsənzadənin oğluna Cavab: "Atanın il boyu neçə kitabı satılıb?"

Etibar Əliyevdən Nəriman Həsənzadənin oğluna Cavab: "Atanın il boyu neçə kitabı satılıb?"
10:29

Təhsil eksperti Etibar Əliyev ilə xalq şairı Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə arasında qalmaqallı polemika yaşanıb. Nazim Həsənzadənin ekspert barəsində "azərbaycanlı deyil, ölkədən qovulmalıdır" ifadələrinə Etibar Əliyev şəxsi hesabında sərt cavab verib.

Ekspert bu cür çağırışları müasir dövrün təhlükəli tendensiyası kimi qiymətləndirərək bildirib:

"Rəhmətlik Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə deyir ki, Etibar Əliyev azərbaycanlı deyil və o, ölkədən qovulmalıdır. Bu çağırış XXI əsrin neofaşizmidir. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında və müsahibələrində dəfələrlə vurğulayıb ki, cəmiyyətdə fikir plüralizmi və tənqid olmalıdır. Fərdin yaradıcı şəxslər barədə sərbəst fikrinə və iradəsinə qarşı edilən təhdidlər birbaşa Prezidentin çağırışlarına ziddir."

Etibar Əliyev Vətən sevgisi və yaradıcılıq seçimləri üzərindən gələn təzyiqləri qəbul etmədiyini vurğulayıb:

"Nazim Həsənzadə, tam arxayın ol, mənim meyitim də bu ölkədə qalacaq. Mən bu məmləkəti sizdən az sevmirəm. Mənim bu ölkəni sevməyənlərə qarşı apardığım amansız mübarizənin 1 faizini belə etməmisən... Mənim şeir zövqümə niyə qarışırsan? Mən cavan yaşda dünyasını dəyişmiş şairlərin poeziyasını sevirəm. Və bir də, məni ölkədən qovmaq çağırışından sonra maraqlan gör ki, atasının il boyu neçə kitabı satılıb?"


Sizin reklam burada
Sizin reklam burada