"Dövlətçiliyə ən böyük təhdid təriqətlərdir" - Ekspertdən Türkiyədəki həbslərə MÜNASİBƏT

"Dövlətçiliyə ən böyük təhdid təriqətlərdir" - Ekspertdən Türkiyədəki həbslərə MÜNASİBƏT
10:10

Türkiyədə dini cərəyanlara və müxtəlif qruplaşmalara qarşı həyata keçirilən son həbslər regionda geniş əks-səda doğurub. İqtisadçı-ekspert Razi Abbasbəyli şəxsi feysbuk hesabında məsələ ilə bağlı diqqətçəkən paylaşım edərək baş verənləri müsbət addım kimi qiymətləndirib.

R.Abbasbəyli bildirişdə Türkiyədə mühüm bir prosesin başladığını vurğulayaraq, dövlətin bu cür radikal dini qruplaşmalara qarşı qətiyyətli mübarizə apardığını qeyd edib:

"Türkiyədə yaxşı bir proses başlayıb. Bir neçə gün əvvəl Süleymançılar və onların liderləri həbs edildi. Demək olar ki, Türkiyədəki tələbə yataqxanaları bu qruplaşmanın nəzarətində idi. Bu gün isə 'Furkan Vakfı'nın qurucusu Alparslan Kuytul həbs olundu. Türkiyə bu qaramat din qruplarından təmizlənir. Hər zaman demişəm, Türkiyənin inkişafına və dövlətçiliyinə ən böyük təhdid məhz bu qruplardır."

Ekspertin sözlərinə görə, bu cür təriqət və qruplaşmaların neytrallaşdırılması Türkiyənin gələcək inkişafı və dövlət təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada