Türkiyənin Sarıyer rayonunun Şimali Mərmərə avtomagistralının Uskumruköy ərazisində yük maşını ilə toqquşan kiçik yük avtomobilində həyatını itirən 4 yaşlı Yusuf, 11 yaşlı Mehmet Ali və 13 yaşlı Ecrin İçen qardaş-bacılar yan-yana dəfn ediliblər.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində ağır yaralanan uşaqların anası 30 yaşlı Sözdar İçen və 38 yaşlı atası Yasin İçenin reanimasiya şöbəsində müalicəsinin davam etdiyi bildirilib.
Hadisə ilə bağlı saxlanılan yük maşınının sürücüsü 27 yaşlı Emrullah A.-nın jandarmaya verdiyi ilkin ifadəsində “Görmədim, əyləci basdım, amma dayana bilmədim” dediyi məlum olub.
Məhkəməyə göndərilən Emrullah A. barəsində həbs qətimkan tədbiri seçilib. O, cəzaçəkmə müəssisəsinə göndərilib.