Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu
11:00

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib. 


News365.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Ruteng şəhərindən 32 kilometr şimal-şərqdə yerləşib.

Yeraltı təkanların 10 kilometr dərinlikdə baş verdiyi və zəlzələnin maqnitudasının 5,7 olduğu bildirilib.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.


Sizin reklam burada
Sizin reklam burada