Prezidentdən yeni təyinat...

Prezidentdən yeni təyinat...
18:31

Prezident İlham Əliyev E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


News365.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


Elnur Şəmistan oğlu Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilsin".


Sizin reklam burada
Sizin reklam burada