"Paşinyanın reytinqi aşağı düşür, müxalifət fürsət axtarır"- Politoloqdan şərh

"Paşinyanın reytinqi aşağı düşür, müxalifət fürsət axtarır"- Politoloqdan şərh
11:05

"Paşinyanın reytinqi aşağı düşür, müxalifət fürsət axtarır"

Politoloq Rəşad bayramov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Köçəryan və Sarkisyan komandasının aktivləşməsi, seçki dövründə müxalifətin mövqelərinin gücləndirilməsinə və Paşinyanın hakimiyyətdən getməsinə yönəlmiş fəaliyyətdir. Aydındır ki, Paşinyan artıq nə 2018-ci ildəki, nə də 2021-ci ildəki siyasi çəkisini qoruyub saxlaya bilib. Verilmiş vədlərin əksəriyyəti hələ də yerinə yetirilməyib. Bundan əlavə, Rusiyadan uzaqlaşma istiqamətində atılan addımlar ölkə daxilində fikir ayrılıqları və parçalanmalara səbəb olub. Nəticə etibarilə bütün bu faktorlar Paşinyanın reytinqinin aşağı düşməsinə gətirib çıxarıb.

Analitiklər Ermənistanda baş verən bu prosesləri müxalifətin seçkiyə hazırlıq kampaniyası kimi qiymətləndirirlər. Müxalif qüvvələr isə cəmiyyətdə yaranan narazılığı siyasi fürsətə çevirməyə çalışırlar."



Sizin reklam burada
Sizin reklam burada