Aparıcı İlkin Həsəni bloqer həyat yoldaşı Aysel Həsəniyə ad günü münasibətilə avtomobil hədiyyə edib.
News365.az xəbər verir ki, bloqer bununla bağlı görüntüləri sosial media hesabında paylaşıb.
O, ad günündə həyat yoldaşının ona avtomobil bağışladığını bildirib.
Bloqer yeni avtomobilinin görüntülərini yayımlayaraq paylaşımına “Təşəkkür edirəm, sevgilim” sözlərini yazıb.
Qeyd edək ki, cütlüyün iki övladı var.