Mənşəyi naməlum qidalar aşkarlandı

Mənşəyi naməlum qidalar aşkarlandı
20 Fev 2025 18:59

Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 74F ünvanında fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Zaur Zakir oğluna məxsus “Ocean Fish” qida məhsullarının satışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib.


News365.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.


Bildirilib ki, yoxlama zamanı satışı həyata keçirilən “Лос”, “Puem”, “Мясо Cибирского Mедведя”, “Mясо Бобра”, “Деликатес Дичь”, “Mедведь” əmtəə nişanlı konservləşdirilmiş qida məhsullarının və “Kосули”, “Заица” əmtəə nişanlı kolbasa məhsullarının keyfiyyət və təhlükəsizliyini təsdiq edən idxal sağlamlıq aktının, həmçinin mənşə sənədlərinin mövcud olmadığı müəyyən edilib.


Eyni zamanda məhsulların üzərində Azərbaycan dilində etiket məlumatlarının qeyd olunmadığı məlum olub. Mağazada mənşəyi məlum olmayan qırmızı kürü, kolbasa və pendir məhsulları da aşkarlanıb.


Aşkar olunan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və məhsulların satışı qadağan edilib.


Eyni zamanda məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq məlumatlar toplanaraq hüquq-mühafizə orqanına göndərilib.


Sizin reklam burada
Sizin reklam burada