IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
14:09

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyimiz məlumata görə, ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb.

Bu ixtisas üzrə Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Qarabağ Universitetində ümumilikdə 850 nəfər dövlət hesabına təhsil ala biləcək.

Dövlət sifarişli yerlərin sayına görə sonrakı sıralarda baytarlıq təbabəti - 280 yer, kimya və biologiya müəllimliyi - 260 yer, biologiya - 240 yer, psixologiya - 230 yer qərarlaşıb.
 

Biologiya müəllimliyi, ekologiya, kimya və kimya müəllimliyi ixtisaslarının hər biri üzrə 200 dövlət sifarişli yer ayrılıb. Biotexnologiya üzrə bu göstərici 180, əczaçılıq üzrə 147, stomatologiya üzrə 142, ictimai səhiyyə üzrə isə 115 təşkil edir.


Tibb bacısı (qardaşı) işi ixtisasında 105, fizioterapiyada 90, su bioehtiyatları və akvakulturada 80, bağçılıq və tərəvəzçilikdə 60 dövlət sifarişli yer müəyyənləşdirilib.

IV qrup üzrə ən az dövlət sifarişli yer bitki mühafizəsi ixtisasına ayrılıb. Bu ixtisas üzrə Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində ümumilikdə 50 nəfərin dövlət hesabına qəbulu nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada