İşə düzəltmək adı ilə 17 min manat mənimsədi - FOTO

İşə düzəltmək adı ilə 17 min manat mənimsədi - FOTO
11 Mar 2025 10:15

Qaxda işə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub.   

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.  Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb. 

O, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib. 

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada