Ağcabədidə ağır yol qəzası - İki qardaş öldü

Ağcabədidə ağır yol qəzası - İki qardaş öldü
26 Sen 2026 23:30

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 


Sizin reklam burada
Sizin reklam burada