"Şamaxinka"da 3 lift 2 aydır işləmir - VİDEO

"Şamaxinka"da 3 lift 2 aydır işləmir - VİDEO
26 Sen 2026 23:50

Bakının “Şamaxinka” ərazisindəki yeganə piyada keçidində yerləşən üç liftin iki aydan çoxdur işləməməsi sakinlərin narazılığına səbəb olub.

News365.az xəbər verir ki, nasazlıq xüsusilə, məktəblilər, yaşlılar və hamilə qadınların keçiddən istifadəsini çətinləşdirir. Sakinlər liftlərin işləməməsi səbəbindən hər gün uzun pilləkənləri qalxıb-enməyə məcbur olduqlarını bildirirlər.

Bundan başqa, piyada keçidinin işıqlandırma sistemində də problem olduğu qeyd edilir.

Sakinlər məsələnin qısa zamanda aradan qaldırılmasını və liftlərin fəaliyyətinin bərpa edilməsini istəyirlər.

Daha ətraflı videomaterialda:



Sizin reklam burada
Sizin reklam burada