İrandan ABŞ-nin yeni sanksiya qərarına SƏRT REAKSİYA

İrandan ABŞ-nin yeni sanksiya qərarına SƏRT REAKSİYA
26 Fev 2025 13:43

Rəsmi Tehran ABŞ-nin İran nefti ilə bağlı məhsulların satışı və daşınmasında vasitəçilik etdikləri üçün müxtəlif ölkələrdə 30-dan çox şəxs və gəmiyə qarşı sanksiya tətbiq etmək qərarını pisləyib.

News365.az İRNA-nın məlumatına görə, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

O, ABŞ-nin yeni sanksiyalarının Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsində göstərilən milli suverenliyə hörmət və millətlərin öz müqəddəratını təyinetmə prinsiplərinə zidd olduğunu bildirib:

"ABŞ-nin atdığı addım ölkələr arasında sərbəst ticarəti tənzimləyən beynəlxalq hüquq qaydalarına ziddir".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi maksimum təzyiq kampaniyası çərçivəsində İranın kölgə donanmasına əlavə sanksiyaların tətbiq edildiyini açıqlayıb. Bildirilib ki, İran nefti ilə bağlı məhsulların satışı və daşınmasını asanlaşdırdığı üçün müxtəlif ölkələrdən 30-dan çox şəxs və gəmi sanksiyalar siyahısına əlavə edilib.


Sizin reklam burada
Sizin reklam burada