Xaçmazda ev yanğını faciə ilə nəticələndi: 90 yaşlı qadın öldü

Xaçmazda ev yanğını faciə ilə nəticələndi: 90 yaşlı qadın öldü
12:39

Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.


Sizin reklam burada
Sizin reklam burada