"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,52% azalaraq 1 barelə görə 101.72 ABŞ dolları təşkil edib.
News365.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,91% azalaraq 90.28 ABŞ dollarına bərabər olub.