Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən Aynur Həsənovanın tanınmış həkim olduğu məlum olub.
News365.az xəbər verir ki, A.Həsənova Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Doğum evində mama-ginekoloq vəzifəsində çalışır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.