Etibar Əliyev Məleykə Abbaszadədən yazdı: Uğurlu təyinatdır

Etibar Əliyev Məleykə Abbaszadədən yazdı: Uğurlu təyinatdır
11:04

Təhsil eksperti Etibar Əliyev Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin olunmasını müsbət qarşılayıb.

News365.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Məleykə Abbaszadəni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun elmi və təhsil sahəsini dərindən bilən, dürüstlüyü və rasional təşkilatçılığı ilə seçilən şəxsiyyət olduğunu vurğulayıb.

Etibar Əliyev hesab edir ki, bu təyinat Bakı Dövlət Universitetinin gələcək inkişafı baxımından uğurlu olacaq.

Ekspert universitetin ölkənin qürur mənbəyi və ən qədim ali təhsil müəssisəsi olduğunu da diqqətə çatdırıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada