ABŞ və Çin Ukrayna müharibəsinin başa çatmasını istəyir.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə deyib.
“Biz ikimiz də Rusiya və Ukraynaya müharibənin sonlandırılması ilə bağlı kömək etməyə çalışırıq”,- Tramp bildirib.
ABŞ Prezidenti hər ay müharibədə 25 min insanın öldürüldüyünü, həm özünün, həm də Si Cinpinin Ukrayna müharibəsinin başa çatmasını istədiyini vurğulayıb.
“Düşünürəm ki, siz və mən işlərin idarəçiliyində olduğumuz müddətcə, heç bir problemimiz olmayacaq”, - Tramp Çin liderinə xitabında deyib.