Türkiyədə fond araşdırması çərçivəsində saxlanılan sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya həbsxanada huşunu itirib.
News365.az yerli mediaya istinadla xəbər verir ki, Kaya saxlanıldığı Silivri Həbsxanasında xəstələndikdən sonra xəstəxanaya aparılıb. Onun huşunu itirdiyi deyilir.
Kaya daha sonra Mərmərə Həbsxanası Dövlət Xəstəxanasına aparılıb. Sabiq nazirin xəstəxanada müxtəlif müayinələrdən keçdiyi, müalicəsinin başa çatdığı və evə buraxıldığı bildirilib.
Qeyd edək ki, Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb.