Tanınmış aparıcıya vəzifə verildi

Tanınmış aparıcıya vəzifə verildi
14:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.

News365.az xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.

"Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm" , - deyə G.Qədimova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada