Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
News365.az xəbər verir ki, ilkin araşdırma zamanı rayonun Osaküçə kənd sakinləri olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru istehlak etdikdən sonra özlərini narahat hiss etdikləri məlum olub.
Hazırda Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırma və tədbirlər davam etdirilir.