İranın gizli raket sistemləri ilə bağlı xəbərdarlığı: Hədəf siyahısı genişlənir

İranın gizli raket sistemləri ilə bağlı xəbərdarlığı: Hədəf siyahısı genişlənir
16:40

İran hərbi imkanları ilə bağlı yeni mesaj verib. Rəsmi Tehran mediaya təqdim etdiyi yeraltı raket obyektinin yalnız görünən hissəsini nümayiş etdirdiyini, daha geniş imkanların isə hələlik gizli saxlanıldığını bildirir. Bu açıqlama regionda mümkün hərbi qarşıdurma ilə bağlı gərginliyi yenidən gündəmə gətirib.

News365.az xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Kiumars Heydəri “Tasnim” agentliyinə açıqlamasında yeni təqdim olunan “Raket Şəhəri”nin nümayiş etdirilməyən imkanlarının da olduğunu bildirib.

Generalın sözlərinə görə, obyektin mediaya göstərilməsi daha çox xəbərdarlıq məqsədi daşıyır. O iddia edib ki, İrana qarşı mümkün hərbi müdaxilə baş verərsə, hazırda ictimaiyyətə açıqlanmayan sistemlər də işə salınacaq.

Heydəri son qarşıdurmaya toxunaraq ABŞ-nin regiondakı radar və hava hücumundan müdafiə sistemlərinin zərər gördüyünü, Amerika gəmilərinin isə 500 kilometr geri çəkildiyini iddia edib.

O, həmçinin İranın yenilənmiş hədəf siyahısına regionda və onun hüdudlarından kənarda yerləşən hərbi bazaların daxil olduğunu vurğulayıb. Generalın bəyanatına görə, ölkəsinə qarşı istənilən təcavüz sərt cavabla qarşılanacaq.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada