Xankəndinin rəsmi internet saytı istifadəyə verildi

Xankəndinin rəsmi internet saytı istifadəyə verildi
15:05

Noyabrın 12-də Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmi internet saytının təqdimatı keçirilib.

News365.az-a qurumdan verilən məlumata görə, yeni internet resursu xankendi-phs.gov.az ünvanında fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək Xankəndi şəhərində Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlı məlumatlar ictimaiyyətə “Azad Xankəndi” adlı “Facebook” səhifəsi, eləcə də “Instagram”, “X” və “YouTube” platformaları vasitəsilə çatdırılıb.

Yeni internet saytının istifadəyə verilməsi ilə qurumun informasiya fəaliyyəti daha geniş platformada davam etdiriləcək.


Sizin reklam burada
Sizin reklam burada