Lənkəranda ailə pomidor turşusundan zəhərlənib

Lənkəranda ailə pomidor turşusundan zəhərlənib
17:10

Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı rayonun Osaküçə kənd sakinləri olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidoru istehlak etdikdən sonra özlərini narahat hiss etdikləri məlum olub.

Hazırda Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırma və tədbirlər davam etdirilir.

AQTA vətəndaşlara məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət etməyi tövsiyə edib.

***

Lənkəran rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

News365.az xəbər verir ki, 11 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bildirilir ki, onlardan üçü azyaşlıdır.

Həmin şəxslərin qidadan zəhərləndiyi ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada