Litva Prezidenti Qitanas Nauseda Azərbaycan və Ermənistan arasında münasibətlərin gələcəkdə daha da yaxşılaşacağına ümid etdiyini bildirib.
News365.az xəbər verir ki, Nauseda bu barədə Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, Litva Azərbaycanla hər zaman yaxşı münasibətlərə malik olub və Qafqazın hər iki ölkəsinə münasibətdə balanslaşdırılmış siyasət yürütməyə çalışıb.
“Ümid edirəm ki, iki ölkə arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Azərbaycanla münasibətlərimiz hər zaman çox yaxşı olub. Prezident İlham Əliyevlə şəxsi münasibətlərim də çox yaxşıdır.
Ümid edirəm ki, bu gün onunla görüşmək, bəzi ikitərəfli məsələləri, eləcə də Avropa perspektivlərini müzakirə etmək imkanım olacaq. Çünki bilirəm ki, Azərbaycanın Avropa İttifaqına yaxınlaşmaqla bağlı müəyyən ambisiyaları var.
Ümid edirəm ki, hər şey mümkündür. Hər şeyə nail olmaq olar. Mənim ölkəmin təcrübəsi də göstərir ki, bu, mümkündür”, – deyə Litva Prezidenti vurğulayıb.///apa.az