Tanınmış meyxanaçı Rüfət Kərimov (Rüfət Nasosnu) istifadə etdiyi internet provayderi ilə bağlı şikayətini dilə gətirib.
News365.az xəbər verir ki, meyxanaçı paylaşdığı videoda KATV1 provayderində internetin tez-tez kəsildiyini, şirkət operatorlarının isə zənglərə cavab vermədiyini deyib.
Sənətçi aidiyyəti qurumlardan sözügedən şirkətlə bağlı müvafiq tədbir görməyi xahiş edib.