Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrində təmir-bərpa işlərini başa çatdırıb.
News365.az-ın verdiyi məlumata görə, işlər zamanı yolun əsas hissəsində torpaq işləri aparılıb, ərazi hamarlanıb və yol örtüyü yenilənib.
Bundan əlavə, yolun istismar müddətinin uzadılması və davamlılığının təmin olunması üçün drenaj sistemi yaradılıb, yağış və səth sularının ərazidən axıdılması məqsədilə xüsusi borular quraşdırılıb.
Görülən işlər nəticəsində yolun hərəkət hissəsində suyun toplanmasının qarşısı alınıb, örtüyün zədələnmə ehtimalı azaldılıb və sürücülərin təhlükəsiz hərəkəti üçün şərait yaxşılaşdırılıb.
Təmir işlərinin yekunlaşması ilə yolun həmin hissəsində nəqliyyatın hərəkəti tam bərpa edilib.