Rusiya Silahlı Qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin 6-cı ordusunun polkovnikinin avtomobilinə qoyulan bomba Leninqrad vilayəti ərazisinə Baltikyanı ölkələrin birindən hava şarı vasitəsilə göndərilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.
Məlumata görə, bomba əldə edildikdən sonra gizlədilib və bir müddət sonra Sankt-Peterburq sakini onu götürüb.
Həmin şəxs bombanı avtomobilə yerləşdirdikdən bir neçə saat sonra İstanbula uçub. Partlayış baş verən zaman isə o, artıq Moldova ərazisində olub.
Rusiya mətbuatı həmin şəxsin kimliyinin məlum olduğunu yazsa da, adını açıqlamayıb.