Aslan Fətullayevin nəşi Bakıya gətirildi - YENİLƏNİB

Aslan Fətullayevin nəşi Bakıya gətirildi - YENİLƏNİB
15:24

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev dəfn olunub.

News365.az-ın məlumatına görə, mərhum doğulduğu Lerik rayonunun Çayrud kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, Moskvada vəfat edən aktyorun nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib.

***

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.

News365.az xəbər verir ki, bu məlumatı oxu.az-a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib.

"Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz, teatrımızın bir neçə əməkdaşı da onun cənazəsinin qarşılanması və aparılması ilə bağlı hava limanında olublar. Hazırda onun nəşi Lerikə aparılır. Aslan müəllim doğulduğu Çayurd kəndində dəfn ediləcək", - deyə H.Rüstəmova bildirib.



Sizin reklam burada
Sizin reklam burada