İsfəndiyar Axundov tələbələrə tikinti sahəsinin peşəkar sirlərini açıqladı- FOTOLAR

İsfəndiyar Axundov tələbələrə tikinti sahəsinin peşəkar sirlərini açıqladı- FOTOLAR
14:22

“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirib.

Görüş “Şərur” MTK-nın mərkəzi ofisində baş tutub. Tədbirdə tikinti sektorunun inkişaf perspektivləri, müasir memarlıq və tikinti texnologiyaları, şəhərsalma məsələləri, eləcə də tikintidə ekoloji problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə universitetin Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının müdiri, professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva da iştirak ediblər.

İsfəndiyar Axundov tikinti sahəsində qazandığı uzunillik peşəkar təcrübəni tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb. O, nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, tikinti sektorunda keyfiyyətə və ekoloji məsuliyyətə xüsusi diqqət yetirilməsinin əhəmiyyətindən danışıb.

Sonda universitetin professor-müəllim heyəti və tələbələr görüşün təşkilinə və səmimi söhbətə görə İsfəndiyar Axundova təşəkkürlərini bildiriblər.


Sizin reklam burada
Sizin reklam burada