Yeniyetmələrlə valideynlər arasında problem buna görə yaşanır... Psixoloqdan açıqlama

Yeniyetmələrlə valideynlər arasında problem buna görə yaşanır... Psixoloqdan açıqlama
14:04

Bu gün yeniyetmələrlə valideynlər arasında olan problemlərin çoxu yeniyetmənin anlaşıldığını düşünmədiyi üçün yaranır. O, aqressivləşir və “mən sevilmirəm” fikrinə qapılaraq, sevgi çatışmazlığı səbəbilə etiraz etməyə başlayır.

Bəs niyə yeniyetməlik dövrü etirazlarla dolu bir mərhələdir?

Mövzu ilə bağlı News365.az-a psixoloq Vəfa Rəşidova danışıb.


Onun sözlərinə görə, Əsas məsələ odur ki, yeniyetməyə anlaşıldığını hiss etdirmək lazımdır. Belə olduqda, onu düzgün istiqamətə yönləndirmək mümkündür. Əks halda, sərt və aqressiv yanaşmalar yeniyetməni ailədən uzaqlaşdıraraq yanlış insanlarla əlaqəyə sövq edə bilər:

"Bu gün cəmiyyətimizdə problemlərin sayının artmasının əsas səbəblərindən biri də budur. Yeniyetmələr arasında evdən qaçma hallarına, düzgün olmayan dostluqlara tez-tez rast gəlinir. Bu problemlərin kökündə valideyn-övlad münasibətlərindəki çatışmazlıqlar dayanır. Yeniyetmə ailədə formalaşır və valideyn müəyyən məsələlərdə daha doğru yanaşma sərgiləməlidir. Valideynlə yeniyetmə arasında qarşılıqlı anlaşma olmalıdır ki, münasibətləri düzgün qurmaq mümkün olsun. Bu prosesi isə peşəkar psixoloq düzgün istiqamətləndirə bilər.

Təkcə valideynlə və ya təkcə yeniyetmə ilə işləmək kifayət etmir. Məsələn, mən bəzən yeniyetmənin seansına 15-20 dəqiqəlik valideyni də dəvət edirəm ki, onunla da əlaqə yaradaq. Çünki valideyn övladına görə narahat olur və “görəsən psixoloq ona nə izah etdi, nə danışdı?” kimi suallar onu düşündürür. Təbii ki, bəzi məqamlar valideynlə bölüşülməsə də, əsas məsələlər müzakirə edilir."

News365.az