U-19 millimiz Farer adalarını məğlub etdi

U-19 millimiz Farer adalarını məğlub etdi
22:40

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb.

News365.az xəbər verir ki, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz səfərdə 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin qollarını 16-cı dəqiqədə Ümid Səlimov, 67-ci dəqiqədə isə penaltidən Mustafa Kamara vurub.

Xatırladaq ki, U-19 millimiz əvvəlki oyunlarında Monteneqroya 2:7, Serbiyaya isə 0:4 hesabı ilə məğlub olub.


Sizin reklam burada
Sizin reklam burada