Eldar İsmayılov təqaüdə göndərilir

Eldar İsmayılov təqaüdə göndərilir
22:00

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.

News365.az xəbər verir ki, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.

Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.

Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.

O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.


Sizin reklam burada
Sizin reklam burada