Bakıda qardaş bacısını qətlə yetirib

Bakıda qardaş bacısını qətlə yetirib
19:20

Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsinin Həmzə Babaşov küçəsində qeydə alınıb.

Məlumata görə, qardaş bacısına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.


Sizin reklam burada
Sizin reklam burada