"Barselona" ilə matça görə kral qaydasını pozdu

"Barselona" ilə matça görə kral qaydasını pozdu
19:20

Uels şahzadəsi Uilyam oğlu Corcla birlikdə Çempionlar Liqasının Liqa mərhələsində “Barselona” və “Aston Villa” arasında keçirilən oyunu stadiondan izləyib.

News365.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

“Aston Villa”nın azarkeşi olan Uilyam qarşılaşmanı Barselonadakı “Kamp Nou” stadionundan izləyib. Görüş meydan sahiblərinin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

Bu səfər zamanı kral ailəsinin təhlükəsizlik qaydalarından birinə əməl etməyib. Kral protokoluna əsasən, taxt-tacın birbaşa varislərinin eyni təyyarə ilə səyahət etməsinə icazə verilmir. Bu qayda mümkün aviasiya qəzası zamanı hər iki varisin həyatını itirməsi riskinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, “Aston Villa” Çempionlar Liqasının ümumi turnir cədvəlində 6-cı pillədə qərarlaşıb


Sizin reklam burada
Sizin reklam burada